Sabiq futbolçu “Everton” azarkeşlərini səbirli olmağa çağırdı

“Liverpul”un keçmiş futbolçusu Stiv Makmanaman şotlandiyalı baş məşqçi David Moyesin “Everton”da etdiklərinə hörmətlə yanaşır.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, Moyeslə komandanın çətin vəziyyətdən çıxacağına və İngiltərə futbolunun elitasında yerini qoruyacağına əmindir:

“Everton” azarkeşləri bir az səbirli olmalıdırlar. Moyes işdə yalnız qısa müddətdir, amma indiyə qədər hər şey əladır, o, əla iş görür. Komandanın eyni şəkildə davam edəcəyi təqdirdə, Premyer Liqada qalacağına heç bir şübhəm yoxdur”.

“Everton” Premyer Liqanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button