Moyes “Vest Hem”dən ayrılmaq istəyir
“Vest Hem”in baş məşqçisi Devid Moyes komandanı tərk edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
60 yaşlı şotlandiyalı mütəxəssis klubun idman direktoru Tim Steidtenlə münaqişə yaşayır. Yayda onların arasında klubun transfer siyasəti ilə bağlı fikir ayrılığı yaranıb.
Moyesin “Vest Hem”lə müqaviləsi 2023/24 mövsümünün sonuna qədərdir.
Komanda 9 turdan sonra 14 xalla Premyer Liqada 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin