Moyes keçmiş klubuna qayıda bilər

Tanınmış məşqçi Devid Moyes yenidən “Everton”a rəhbərlik edə bilər.

Şotlandiyalı mütəxəssisin “Qudison Park”a qayıtması klub amerikalı investorlar tərəfindən alındıqdan sonra baş verə bilər. Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Moyes 2002-2013-cü illərdə “Everton”u çalışdırıb. Bundan sonra şotlandiyalı mütəxəssis “Mançester Yunayted”ə keçdi və orada uğur qazana bilmədi.

61 yaşlı Moyes hazırda işləmir. O, ötən mövsümün sonunda “Vest Hem”i tərk edib.

“Everton” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 15-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button