Moyes: “Bu, böyük bir gecə idi”

“Everton”un baş məşqçisi David Moyes Premyer Liqanın dünənki “Liverpul”la oyunu zamanı baş verən kütləvi dava haqqında danışıb. Derbi 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, şotlandiyalı çalışdırıcı tribunaların sadəcə olaraq emosiyaya büründüyünü bildirib:

“Abdulayi Dukurenin “qırmızı” alması məni məyus etdi. Yaxşı oyun keçirdi, amma indi növbəti matçda ona arxalana bilmərik. Dünən axşam emosiyalar coşdu, tribunalar sadəcə olaraq emosiyaya büründü. Bu, böyük bir gecə idi”.

Əlbəyaxa davaya görə “Liverpul”un baş məşqçisi Arne Slot da texniki zonadan qovulub. Bu matçdan sonra “Everton” Premyer Liqanın turnir cədvəlinin 16-cı, “qırmızılar” isə 1-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button