“Mövzu vətəndirsə…” – Mahir Emreli
“Qarabağ”ın futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Düdelanj”a qalib gəldikləri oyun (4:1) zamanı baş verən erməni təxribatına münasibət bildirib.
Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu, bu barədə “instagram” səhifəsindən paylaşım edib. O, “Düdelanj” – “Qarabağ” oyunundan olan şəkillərini paylaşaraq, “Mövzu vətəndirsə, gerisi təfərrüatdır. Qarabağ Azərbaycanındır” deyə, yazıb.
“Düdelanj” – “Qarabağ” oyununun 30-cu dəqiqəsində Miçelin rəqib qapısından 2-ci qolu keçirməsindən sonra stadionun üzərində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı asılmış dron uçmağa başlayıb. Bu isə Rəşad Sadıqov başda olmaqla Ağdam klubunun futbolçuları tərəfindən sərt etirazla qarşılanıb. Onlar hakimə etirazlarını bildiriblər. Qarşılaşmanın baş hakimi isə vəziyyətin ciddiliyini nəzərə alaraq, futbolçuları paltardəyişmə otağına göndərib. Bu zaman azarkeşlərdən də meydan daxil olmağa çalışanlar olub. Nəticədə, qarşılaşmada 10 dəqiqədən çox fasilə yaranmışdı.
Bizi Facebook-da izləyin