Azərbaycan millisinin sabiq üzvü Almaniya klubunda

Mövsümün sonunda “Zirə” ilə yollarını ayıran Pərdis Fərcad-Azadın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu Almaniyanın regional liqasında çıxış edən “Viktoriya” klubuna transfer olunub. Bu barədə Berlin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Pərdis yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Pərdis Fərcad-Azad 2012-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edirdi. 2012-2016-cı illər aralığında “Sumqayıt”da çıxış edən Pərdis, daha sonra “Keşlə” və “Zirə”nin şərəfini qoruyub. Hücumçu 6 dəfə də Azərbaycan millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button