Keynin karyerasını davam etdirmək istədiyi klub bilindi
Mövsümün sonunda “Tottenhem”dən ayrılacağı gözlənilən Harri Keynin karyerasını davam etdirmək istədiyi klub bəlli olub.
Komanda.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Keyn, yeni mövsümdən “Mançester Siti”də çıxış etmək niyyətindədir. “Şəhərlilər” də 27 yaşlı hücumçunu komandadan ayrılacağı açıqlanan Serxio Aqueronun əvəzinə heyətə cəlb etmək istəyir.
İngiltərəli hücumçu bu mövsüm “Tottenhem”lə 47 oyunda 32 qol vurub. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin