“Mourinyo yaxşı iş görəcək, buna şübhəm yoxdur” – Fonseka
Mövsümün sonunda “Roma”dan ayrılacağı açıqlanan Paulo Fonseka açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, yeni mövsümdə onun əvəzinə komandanı çalışdıracaq Joze Mourinyo ilə bağlı fikirlərini bildirib:
“Roma” ilə yollarımızı ayırmağımız düzgün qərardır. Mourinyo yaxşı iş görəcək, buna şübhəm yoxdur. İlk gəldiyim gün necə idimsə, indi də eyniyəm. Burda olacağım son günə qədər komanda üçün ən yaxşısını edəcəm”.
“Roma”nı hazırda Paulo Fonseka çalışdırır. Lakin paytaxt klubu bir müddət əvvəl yaydığı açıqlamada, portuqaliyalı mütəxəssislə mövsümün sonunda yolların ayrılacağını bəyan edib. “Canavarlar”da Fonsekanı Mourinyo əvəzləyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin