Naninin əmisi oğlu “Barselona”ya “hə” dedi
Mövsümün sonunda “Mançester Yunayted”lə müqaviləsi bitəcək Eyncel Qomes karyerasını İspaniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 19 yaşlı futbolçu “Barselona” ilə razılaşıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Qomesin daha çox şans qazanmaq üçün Kataloniya təmsilçisinə “hə” dediyi bildirilir.
“Mançester Yunayted”in yetirməsi olan Qomes, bu mövsüm “qırmızı şeytanlar”ın əsas komandası ilə 5 oyuna çıxıb. Yarımmüdafiəçi Portuqaliya millisinin keçmiş üzvü Luiş Naninin əmisi oğludur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin