Mövsümün sonunda istefaya göndərilə bilər
PSJ mövsümün sonunda baş məşqçi Kristof Qalteni istefaya göndərə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Mənbənin sözlərinə görə, parislilər yalnız Fransa çempionatında uğursuzluğa düçar olduğu halda belə bir qərar verilə bilər.
Bundan əvvəl PSJ Çempionlar Liqasının 1/8 final mərhələsində “Bayern”ə uduzaraq, mübarizədən kənarda qalıb.
PSJ 63 xalla Fransa Liqa 1-də ilk sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin