Flikdən Almaniya millisi ilə bağlı açıqlama
Mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayan Hans-Diter Flik Almaniya Futbol Federasiyası ilə danışıqlar apardığını təsdiqləyib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Flik, federasiya ilə danışıqların son mərhələsində olduğunu deyib:
“Almaniya milli komandasına olan hisslərim bəllidir. Federasiya ilə danışmışam, düzdür. Lakin hələ xırda detallar qalıb. Ondan sonra hər şey rəsmi olaraq açıqlanacaq”.
2019-cu ilin noyabrından “Bavariya”nı çalışdıran Flik, mövsümün sonunda vəzifəsindən ayrılacaq. Münhen klubunda onu Yulian Naqelsmann əvəzləyəcək.
Flikin Almaniya milli komandasına baş məşqçi təyin olunacağı gözlənilir. Hazırda bu vəzifəni Yoahim Löv yerinə yetirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin