Mövsümün sonu aydınlıq gələcək – Ramosun taleyinə
PSJ cari mövsümün sonu Serxio Ramosun gələcək taleyi ilə bağlı qərar verəcək.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 36 yaşlı müdafiəçiyə yeni müqavilə təklif etmək üçün onun növbəti matçlarda çıxışını izləmək istəyir.
Serxio Ramos 2021-ci ilin iyulunda PSJ-yə keçib. Onun Liqa 1 təmsilçisi ilə hazırki müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
O, bu mövsüm Fransa klubunun heyətində bütün turnirlər daxil olmaqla, 23 matça çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin