
Mövsümün son matçında ehtiyatda qaldı
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında mövsümə yekun vurulub.
Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Barış Ekincierin formasını geyindiyi “Boxum” da sonuncu matçına çıxıb.
Sözügedən klub 34-cü tur çərçivəsində doğma meydanda “Yunion Berlin”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Ekincier bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Boxum” mövsümü 44 xalla 18 iştirakçı arasında 11-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin