“Mövsümün son iki ayında azarkeşləri sevindirmək istəyirik”

“Mançester Siti”nin vingeri Cek Qriliş İngiltərə çempionatının həlledici hissəsindən nə gözlədiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan futbolçu fasiləsiz məşq etdiyini bildirib:

“Mən demək olar ki, bütün beynəlxalq fasilədə istirahət günləri olmadan məşq etdim. “Real”la iki, “Çelsi” və “Aston Villa” ilə oyunlarımız var. Ümid edirəm ki, komandaya və məşqçiyə kömək edə bildim. Mövsümün son iki ayında azarkeşləri sevindirmək istəyirik”.

Premyer Liqanın turnir cədvəlində 67 xalla “Liverpul” liderdir. Sonrakı yerləri “Arsenal” (65) və “Mançester Siti” (64) tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button