Mövsümün ləğv olunduğu ölkədə kubokun finalı keçiriləcək
Koronavirus pandemiyasına görə ölkə çempionatında 2019/20 mövsümünü vaxtından əvvəl bitirən Belçika Futbol Federasiyası kubokun final qarşılaşmasını keçirməyə qərar verib.
Komanda.az xəbər verir ki, Belçika kubokunun həlledici görüşü avqustun 1-də keçiriləcək.
Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın azarkeşsiz keçiriləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, Belçika kubokunda finala “Brügge” və “Antverpen” klubları vəsiqə qazanıblar. Bu iki komanda arasındakı görüş Brüsseldə təşkil olunacaq.
Belçika çempionatında mayın 15-də ləğv edilən mövsümün qalibi “Brügge” elan olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin