
“Bizə sabitlik lazımdır” – Poçettino
“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 19-cu turunun matçında “Kristal Pelas” üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, oyundan çox razı qaldığını söyləyib:
“Çoxlu şanslar yaratdıq. Oyundan çox razıyam. Oyunçular komandaya uyğunlaşmalıdırlar və bu, Kristofer Nkunku üçün mühüm addımdır. Premyer Liqa həqiqətən çətin liqadır və bizə sabitlik lazımdır. Mövsümün ilk yarısının eniş-yoxuşları oldu, çətinliklər oldu. Amma biz pozitivik və top-klublarla rəqabət apara biləcəyimizi göstərməliyik”.
“Çelsi” 25 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 10-cu pilləyə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin