“Mövsümün ilk kuboku bizim üçün çox vacibdir” – Rafinya

“Barselona”nın yarımmüdafiəçisi Rafinya Dias İspaniya superkubokunu qazanmağın vacibliyindən danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu mövsümün ilk kubokunun onlar üçün çox vacib olduğunu bildirib:

“Mövsümün ilk kuboku bizim üçün çox vacibdir. İspaniya superkubokunu qazanmaq mövsümün qalan hissəsində bizə inam verəcək”.

28 yaşlı futbolçu İspaniya superkubokunun finalında “Barselona”nın “Real”ı məğlub etdiyi (5:2) matçda iki dəfə fərqlənib və oyunun ən yaxşı oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button