“Sabah”dan “Zarya” ilə heç-heçə

Mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya şəhərində davam etdirən “Sabah” bu gün toplanış çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Ukraynanın “Zarya” komandası ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib. “Sabah”ın yeganə qolunu 83-cü dəqiqədə Kamran Quliyev vurub.

“Sabah” Antalya toplanışında ilk yoxlama oyununda Macarıstanın “Pakş” klubu ilə də qollu bərabərə qalmışdı – 1:1. Premyer Liqa təmsilçisi son sınağını yanvarın 25-də “Mladost”a (Luçani, Serbiya) qarşı verəcək.

Yoxlama oyunu

20 yanvar

Sabah – Zarya (Ukrayna) 1:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button