Mövsümün ən sürətli qoluna imza atdı – Keçmiş “Qarabağ”lı
Fransa Liqa 2-də 30-cu tur çərçivəsində “Paris”in qapısına yol tapan “Qarabağ”ın keçmiş hücumçusu İbrahima Vadji mövsümün ilkinə imza atıb.
Komanda.az xəbər verir ki, “Sent Etyen”in seneqallı forvardı 4:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qolla rekord müəyyənləşdirib.
Vadji mövsümün ən sürətli qolunu vurub. O, 22-ci saniyədə rəqib torunu silkələyib. Bundan əvvəlki 24 saniyəlik göstərici “Valensyenn”in futbolçusu Adrian Qrbiçə məxsus idi.
Vadji bu göstərici ilə Liqa 2 tarixində ilk 4-lüyə daxil olub. Fransanın aşağı liqasında ən sürətli qol 2017-ci ildə, 13-cü saniyədə qeydə alınıb.
Ötən yay “Qarabağ”dan ayrılaraq Fransa klubuna keçən İbrahima Vadji “Sent Etyen”də 9 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin