“Mövsümü tamamlaya bilməyəcəyimizi demək tezdir” – UEFA prezidenti
UEFA prezidenti Aleksandr Çeferin koronavirus səbəbiylə dayandırılan liqalarla bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Corriere della Sera”ya danışan qurum rəhbəri, liqaların bərpa olunma ehtimalı ilə bağlı bunları deyib:
“Mövsümü tamamlaya bilməyəcəyimizi demək tezdir. Bunun təsiri çox böyük olar. Hökumətin qərarlarına hörmət etməli və oyunları keçirə biləcək imkan olanadək gözləməliyik. Hər zaman başlaya biləcəyimiz vaxtlarla bağlı variantları nəzərdən keçiririk. Mövsümü sentyabr və ya oktyabr ayında tamamlamaq çətindir. Bu, növbəti mövsümə təsir edər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin