“Mövsümü tamamlamaq hamımız üçün yeganə çıxış yoludur” – Premyer Liqa klubunun sahibi
İngiltərənin “Bernli” klubunun sahibi Mayk Qarlik Premyer Liqada mövsümün bərpa olunmayacağı halda, pullarının tükənəcəyini bildirib.
Komanda.az xəbər verir ki, Qarlik bu barədə “Sky Sports” nəşrinə açıqlamasında deyib:
“2019/20 mövsümü avqusta qədər bərpa olunmazsa və 2020/21 mövsümünün də başlanğıcı bəlli deyilsə, pulumuz tükənəcək. Digər klubların adına danışa bilmərəm, ancaq bizdə vəziyyət belədir. Klubların maddi durumları fərqlidir. Biz mövsümün başa çatdırılması üçün səsimizi vermişdik. Mövsümü tamamlamaq hamımız üçün yeganə çıxış yoludur”.
İngiltərə mətbuatının xəbərinə görə, “Bernli” klubu Premyer Liqa bərpa olunmazsa, 50 milyon funt-sterlinq itirəcək.
İngiltərə Premyer Liqası koronavirus pandemiyası səbəbiylə qeyri-müəyyən müddətə təxirə salınıb.
Bizi Facebook-da izləyin