“Mövsümü qələbə ilə başa vurmaq istəyirdik”
“Zirə”nin məşqçisi Vaqif Paşayev Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyun çətin keçdi. Çünki futbolçularda narahatlıq var idi. Yenə də sağ olsunlar. Birinci hissədə oyunumuz alınmasa da, ikinci yarıda oyuna tam nəzarət edə bildilər. Mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Amma qol vurmaq cəhdlərimiz alınmadı. Bürünc medal qazandığımız üçün şadıq. Komandamızı təbrik edirəm. Baş məşqçi Rəşad Sadıqovu təbrik edirəm. O, bu mövsüm çox yaxşı işlər gördü. 35 ildir futboldayam. Amma bu, mənim üçün ən xoşbəxt günlərimdən biridir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin