
“Mövsümü layiqli yerdə bitirdik” – Elmar Baxşıyev
“Zirə” Azərbaycan Premyer Liqasının 36-cı turunda səfərdə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Komandama təşəkkür edirəm. Bu mövsüm böyük iş gördülər. Mövsümü layiqli yerdə bitirdik. Gələcək barədə mən də heç nə bilmirəm. Danışıq olmayıb. Burada olsam da, olmasam da komandaya uğurlar arzulayıram. “Araz-Naxçıvan” mənə doğmadır. Komandanı formalaşdırmaq üçün çox çətinliklərdən keçdik. Nələr olacağı ilə bağlı klub açıqlama verəcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin