Mövsümü erkən başa vurdu – “Bayern”in müdafiəçisi
“Bayern” Almaniya Bundesliqasının 29-cu turunda “Maynts”la qarşılaşıb (1:3).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin görüşdə zədələnən müdafiəçi Alfonso Deyvis üçün cari mövsüm başa çatıb.
Qarşılaşmanın 9-cu dəqiqəsində əvəzlənən Kanada millisinin üzvünün əzələsində əzilmə aşkarlanıb. Klubun həkimi oyunçunun bərpasının təxminən 6 həftə çəkəcəyini deyib. Bu isə onun mövsümü erkən başa vurması mənasını verir.
Alfonso Deyvis 2022/23 mövsümündə Münhen təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin