“Xoşbəxtəm” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya kubokunun “Fiorentina” ilə keçirilən final matçından sonra (2:1) fikirlərini bölüşüb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, qarşılaşmaya pis başladıqlarını dilə gətirib:
“Xoşbəxtəm, çünki istədiyimiz kuboku qazandıq. Geridə qoyduğumuz mövsümdə nələr etdiyimizi təsdiqlədik. “Fiorentina” yaxşı komandadır, onlar bizə ciddi problemlər yaratdılar.
Matça pis başladıq, lakin sonra futbolçularım hər şeyi düzgün etdilər, oyundan qopmadılar. Hesabı xeyrimizə dəyişə bildik. Qarşıda bizi ölkə çempionatının iki oyunu və İstanbulda keçiriləcək Çempionlar Liqasının final matçı gözləyir. Mövsümü bu tempdə bitirmək istəyirik”.
Ölkə kuboku “neradzurra”nın cari mövsümdə qazandığı ikinci kubokdur. “İnter” 2022-ci ildə İtaliya superkubokunun finalında “Milan”ı məğlub etmişdi – 3:0.
Bizi Facebook-da izləyin