“Barselona” çətin günlər yaşayır”

“Barselona”nın yarımmüdafiəçisi Ferran Torres ötən mövsümü dəyərləndirib. 

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı ispaniyalı vinger ağır zədə səbəbindən ilin onun üçün çətin keçdiyini deyib: 

“Çətin mövsüm idi, çünki əvvəlcə ciddi zədə almışdım. Mən həvəslə “Barselona”ya keçdim. Vəziyyəti bir az dəyişdik və Çempionlar Liqasına vəsiqə qazana bildik. Lakin mövsümü ən yaxşı şəkildə başa vura bilmədik”.

Torres qeyd edib ki, Kataloniya klubu çətin dövr yaşayır:

“Barselona” çətin günlər yaşayır. Çempionlar Liqasına çıxmaq üçün hər şey etməli idik. Əks halda, uğursuzluq olardı. Biz bu məqsədə nail ola bildik. İndi növbəti mövsümü düşünmək və kuboklar almağa çalışmaq lazımdır”.

“Barselona” 2021/22 mövsümündə La Liqada 73 xalla ikinci pilləni tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button