
“Mövsümün sonunda kuboklar qazanacağımıza inanıram”
“İnter”in baş direktoru Cüzeppe Marotta bildirib ki, komandanın məqsədi kuboklar qazanmaqdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi komandasına güvəndiyini dilə gətirib:
“İnter” əlindən gələni etməlidir. Bacarıqlarımıza arxayınam, çox rəqabətli komandamız var. Komandamıza güvənirəm. Mövsümün sonunda kubok və yaxud kuboklar qazanacağımıza inanıram”.
İtaliya A Seriyasının üç turundan sonra “İnter” turnir cədvəlində 9 xalla birinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin