“Mövsüm çətin başladı, amma…” – De Xea
“Mançester Yunayted”in qapıçısı David de Xea baş məşqçi Erik ten Haq barədə fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı qolkiper, niderlandlı çalışdırıcı və komandanın yeni futbolçuları haqda danışıb:
“Kluba yeni baş məşqçi və yeni oyunçular gələndə onların uyğunlaşması hər zaman vaxt tələb edir. Düşünürəm ki, biz düzgün istiqamətdə irəliləyirik”.
De Xea mövsümün çətin başladığını da dilə gətirib:
“Bu mövsüm topa daha çox sahib olmaq, rəqibə təzyiq göstərmək istəyirik. Mövsüm çətin başladı, amma sonradan qalib gəlməyə başladıq”.
“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında 14 turdan sonra 26 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin