“Mövqeyimdə dünyanın ən yaxşısıyam” – Salah
“Liverpul”un hücumçusu Məhəmməd Salah mövqeyində ən yaxşı futbolçu olduğunu düşünür.
Komanda.az “beİN Sports”-a istinadən xəbər verir ki, misirli futbolçu yalnız öz komandasında deyil, bütün dünyada ən yaxşı olduğunu söyləyib:
“Məni mövqeyimdə olan hər hansı digər oyunçu ilə müqayisə etsəz, təkcə “Liverpul”da deyil, bütün dünyada ən yaxşısı olduğumu görərsiz. Statistik rəqəmlərim buna ən yaxşı sübutdur”.
28 yaşlı misirli futbolçu bu mövsüm Premyer Liqada 34 oyuna çıxıb, 22 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin