Mourinyo Səudiyyə Ərəbistanının 2 klubuna niyə “yox” deyib?

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Səudiyyə Ərəbistanından gələn iki təklifi rədd etdiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Roma”nın baş məşqçisi təklifləri niyə qəbul etmədiyini açıqlayıb:

“Yayda Səudiyyə Ərəbistanından iki təklif aldım – “Əl-Hilal” və “Əl-Əhli”dən. Fikirləşdim və görüşə getməzdən əvvəl “Roma”nın sahibinə “razı olmayacam” dedim. Ailəmə də belə dedim. Bir tərəfdən də, özümü futbolçulara, azarkeşlərə verdiyim sözün – getməyəcəyim sözünün girovu kimi hiss etdim. Ancaq digər tərəfdən, bu təklifləri yalnız bu səbəbdən qəbul etmədiyimi soruşsaz, cavab verəcəm: Yox, təkcə buna görə yox”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button