Mourinyonun təəssüfü
“Tottenhem”in çalışdırıcısı Joze Mourinyo “Çelsi”nin istefaya göndərilən baş məşqçisi Frenk Lempardla bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Lempard üçün təəssüfləndiyini bildirib:
“Hansısa həmkarım işindən ayrılanda təəssüflənirəm. Lempard karyeramda vacib bir insan olduğu üçün daha çox təəssüflənirəm. Müasir futbolda belə hallar olur. Baş məşqçisinizsə, bunun gec-tez sizinlə də olacağını bilirsiz”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin