Mourinyonun hədəfindəki futbolçu

Joze Mourinyo və Nemanya Matiç yenidən birləşə bilər – bu dəfə “Fənərbaxça”da.

Komanda.az “FootMercato”-ya istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı daha əvvəl “Çelsi”, “Mançester Yunayted” və “Roma”da yolları kəsişdiyi serb yarımmüdafiəçi ilə yenidən işləmək istəyir.

Mourinyo mövsümlərarası fasilədə Türkiyə klubuna keçib. O, komandasının yarımmüdafiəsini gücləndirmək üçün çalışır və “Lion”da çıxış edən Matiç onun hədəflərindən biridir.

Nemanya Matiç Avqustun 1-də 36 yaşını qeyd edib. Onun “Lion”la müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button