“Mourinyonun bu komandada öz istəklərini həyata keçirəcəyinə əminəm” – Keyn
İngiltərənin “Tottenhem” klubunun futbolçusu Harri Keyn açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu, London klubunun yeni baş məşqçisi Joze Mourinyo ilə bağlı danışıb:
“Bu, yeni baş məşqçiylə ilk günlərimizdir. Mourinyo bizimlə cəmi iki oyun keçirib. İndiyədək onunla yaxşı münasibətimiz var, hamımız komandaya kömək etməyə çalışırıq. Komandanın liderlərindən biri olduğum üçün bəzi məsləhətlər üçün mənimlə danışır. Qalib gəldiyimiz oyunlar münasibətlərimizin yaxşılaşmasına kömək edir. Ümid edirəm ki, zaman keçdikcə daha güclü bir münasibət yarada bilərik.
Hər kəs turnirlərdə qalib gəlməyə köklənib, komandanın da, baş məşqçinin də məqsədi budur. Qarşıda uzun bir mövsüm var. Mourinyonun bu komandada öz istəklərini həyata keçirəcəyinə əminəm”.
Bizi Facebook-da izləyin