Mourinyonu özündən çıxardılar

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasında uzun müddət iştirak etməməsi ilə bağlı deyilənlərə emosional reaksiya verib.

Komanda.az “HT Spor”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı mətbuat konfransında ona ünvanlanan tənqidlərə ironik şəkildə cavab verib və Avropa arenasında qazandığı uğurları vurğulayıb:

“Son yeddi ildə iki dəfə komandalarımı avrokubokların finalına çıxarmışam. Bu, Türkiyə futbolunun ümumilikdə tarixində gördüyündən daha çoxdur”.

Mourinyo 2022-ci ildə “Roma” ilə Konfrans Liqasını qazanıb, 2023-cü ildə isə romalıları Avropa Liqasının finalına daşıyıb.

O, 2024-cü ilin yayında “Fənərbaxça”nın “sükanı arxasına” keçib və tərəflər müddəti 2026-cı ilə qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button