Mourinyodan etiraf
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo məşqçilik karyerası ilə bağlı təəssüfləndiyini açıqlayıb.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı çox matçda uduzduğunu bildirib:
“Matçlardan danışsaq, onların çoxu var, çünki uduzanda həmişə fikirləşirsən ki, sən başqa cür də edə bilərdin və mən çox matçda uduzdum.
Peşəkar seçimdən danışırıqsa, mənim “yox” cavabım Florentino Peresdir. O, mənə dedi: “Mou, indi getmə, sən çətin hissəni etdin və indi yaxşısı gəlir…” Bunun olacağını bilirdim, amma İspaniyadakı üç çətin ildən sonra “Çelsi”yə qayıtmaq istəyirdim. “Roma”nı dərhal tərk etməliydim (Avropa Liqasının finalından sonra), amma bunu etmədim və bu, səhv idi”.
Mourinyo 2010-2013-cü illərdə “Real”a rəhbərlik edib.
Bizi Facebook-da izləyin