İrqçilikdə ittiham edilən Mourinyo: “Məni sevməyənlər də mənə dəstək oldu”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ın irqçilik ittihamlarından sonra dəstəyə görə təşəkkür edib.

Mourinyo “cim-bom”la derbidən sonrakı çıxışında rəqib komandanın məşqçilərinin meymun kimi tullandığını demişdi. Bundan sonra o, iki oyunluq diskvalifikasiya olunub.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı ona dəstək olan insanlara təşəkkür edib:

“Bəlkə, məni sevməyənlər də mənə dəstək oldu. Dəstək olan insanlara, xüsusən də, oğlanlarıma, keçmiş oyunçularıma təşəkkür edirəm. Onların səsi çox vacib idi”.

Mourinyo ilə “Çelsi”də çalışmış sabiq futbolçular – Didye Droqba və Maykl Essyen sosial şəbəkədə keçmiş baş məşqçilərinə dəstək olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button