Mourinyo Premyer Liqaya qayıda bilər

“Roma”nın baş məşqçisi Joze Mourinyo İngiltərəyə qayıda bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “Nyukasl” portuqaliyalı mütəxəssisi “sükan arxasına” dəvət etməkdə maraqlıdır.

Mourinyonun “Roma” ilə müqaviləsi bu mövsümün sonunda başa çatır. Lakin “canavarlar” portuqaliyalı mütəxəssisə yeni müqavilə təklif etmək niyyətindədir. Bununla belə, onun İngiltərəyə qayıtmaq istəyində olduğu bildirilir.

Mourinyo İngiltərə klublarından “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”də çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button