Mourinyo yenə “üsyan” etdi
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Türkiyədə hakimliyi tənqid etməyə davam edir.
Komanda.az “FootBoom”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı “Hatayspor” üzərində qələbədən (2:1) sonra bu mövzuya bir daha toxunub:
“Hamı eyni şeyi təkrarlayır. Bu, qalmaqaldır, qalmaqaldır! Hətta türkcə yeni söz öyrəndim. Aydındır ki, bəzi media orqanları bundan həzz alır, amma təəssüf ki, hətta qaliblər də buna dözməli olurlar. Mən 25 ildir məşqçilik edirəm və 10 il köməkçi olmaqla 35 ildir bu işlə məşğulam. Və belə bir vəziyyətlə heç vaxt qarşılaşmamışam! Bu, anlayışa meydan oxuyan bir səviyyəyə çatıb. Təkcə son iki görüşdə rəqiblərimizə beş qırmızı vərəqə göstərilməli idi. Rəqiblər bundan bizə qarşı necə istifadə edəcəklərini bilirlər”.
Bizi Facebook-da izləyin