
Mourinyo peşəsini dəyişə bilər
“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo dörd aydan çoxdur ki, məşqçilik etmir.
Komanda.az “Sportİtalia”-ya istinadən xəbər verir ki, Mourinyonun adı son vaxtlar bir neçə klubla əlaqələndirir. Amma o, bundan sonra artıq baş məşqçi deyil, texniki direktor vəzifəsini tuta bilər. Mourinyo Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubunda baş məşqçi deyil, texniki direktor vəzifəsində çalışa bilər. Yəni “Xüsusi”nin peşəsini dəyişməsi mümkündür.
Portuqaliyalı mütəxəssis 2024-cü ilin əvvəlində komandanın zəif nəticələrinə görə “Roma”dan qovulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin