Mourinyo və futbolçuları karantin qaydalarını pozub? FOTO

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo və üç futbolçusu karantin qaydalarını pozub.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, futbolçular Ryan Sesseynon və Davinson Sançes Londondakı parklardan birində məşq ediblər. Onlara komandanın digər üzvü Tanquy Ndombelenin də qoşulduğu bildirilib.

Mourinyo və futbolçularının məşq zamanı koronavirus pandemiyası səbəbiylə müəyyənləşdirilən karantin qaydalarını pozduğu bildirilir. Belə ki, karantin qaydalarına görə, insanlar iki metrlik sosial məsafəni qorumalıdırlar, lakin onların məşq zamanı bu qaydaya əməl etmədikləri deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button