Mourinyo üçün həyəcan siqnalı
Cari mövsüm “Roma”nın baş məşqcisi Joze Mourinyo üçün komandada sonuncu ola bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “canavarlar”ın İtaliya A Seriyasında ilk 4-lüyə düşməyəcəyi və növbəti mövsümdə Çempionlar Liqasında mübarizə aparmayacağı təqdirdə, Mourinyonun yayda “Roma”dan ayrılması ehtimalı var.
Komanda hazırda A Seriyasının turnir cədvəlində dördüncü pillədəki “Latsio”dan bir xal geri qalaraq, beşinci yerdədir.
Mourinyonun paytaxt klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.
“Roma” martın 5-də İtaliya çempionatının 25-ci turunun matçında doğma meydanda “Yuventus”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin