“Mourinyonun Türkiyə futbolunu təhqir etməsindən narahatam” – Muslera

“Qalatasaray”ın kapitanı Fernando Muslera “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonu dediyi sözlərə görə tənqid edib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Onun Türkiyə futbolunu təhqir etməsindən və bəzi hakimlərə hücum etməsindən narahatam. 14 il ərzində ilk dəfə olaraq özümü bu cür çıxış etməyə məcbur hiss etdim. 14 ildə 17 kubok qazandım. Verdiyim töhfələri nəzərə alsaq, türk futbolunu inkişaf etdirmək mənim daimi məqsədimdir. Dörd ay əvvəl bura gələn Mourinyo Türkiyə futbolunu tənqid edib, bəyənməsə, gedə bilər. Baxmayaraq ki, ona heç kim heç nə demir. Düşünürəm ki, indi kimsə ona nəsə deyə biləcək. Türk futbolunu təbliğ edənlərə bir az da diqqət yetirməliyik”.

“Fənərbaxça” Türkiyə çempionatının 11-ci turu çərçivəsində səfərdə “Trabzonspor”a qalib gəlib (3:2). Mourinyonun komandası hər iki qolu penaltidən buraxıb. Bundan sonra portuqaliyalı mütəxəssis Türkiyə futbolunu və hakimliyi tənqid edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button