Mourinyo tarixin ən çox maaş alan məşqçisi ola bilər – O təklifi qəbul etsə
Səudiyyə Ərəbistanının hökumət rəsmiləri “Roma”nın çalışdırıcısı Joze Mourinyonu futbol tarixinin ən çox maaş alan məşqçisi etməyə hazırdır.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssisə üç seçim təklif olunub: Səudiyyə Ərəbistanı milli komandasına rəhbərlik, Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” və ya “Əl-Əhli” klublarında işləmək. Portuqaliyalı baş məşqçiyə mövsümdə 60 milyon avro maaşla iki illik müqavilə təklif etməyə hazırdırlar. Həmçinin, o, ilk ilindən sonra müqaviləni pozmaq imkanı da əldə edə biləcək.
Mourinyo 2021-ci ilin yayından “Roma”ya rəhbərlik edir. O, bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter” və “Portu”nu çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin