“Mourinyo təkcə “Çelsi”nin deyil, bütün futbolun əfsanəsidir”

“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Çelsi”nin baş məşqçisi Enzo Mareska Joze Mourinyonun “Benfika”nın “sükanı arxasına” keçmək ehtimalı haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bəli, Mourinyo ilə tanış olmaqdan məmnunam. O, təkcə “Çelsi”nin əfsanəsi deyil, bütün futbolun əfsanəsidir. Onun kubokları və nailiyyətləri öz sözünü deyir”.

Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə “Çelsi”də çalışıb. O, bir müddət əvvəl Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi vəzifəsindən qovulub.

“Benfika” Çempionlar Liqasının ikinci turunda, sentyabrın 30-da “Stemford Bric”də “Çelsi” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button