Mourinyo “Real”a qayıdacaq?

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Real”a rəhbərlik edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Karlo Ançelotti mövsümün sonunda “Real”ı tərk edəcək. Klub rəhbərliyi baş məşqçi postuna ya “Bayer”in çalışdırıcısı Xabi Alonsonu, ya da Mourinyonu dəvət etməkdə maraqlıdır.

“Bayer” Xabi Alonsonu buraxmaq fikrində deyil. Mourinyo Madrid klubunun prezidenti Florentino Pereslə yaxşı münasibəti səbəbindən onu təyin etmək variantı daha realdır.

Portuqaliyalı mütəxəssis 2021-ci ildən “Roma”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir. O, əvvəllər “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter” və “Portu”ya rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button