
Mourinyo “Real”a qayıda bilər
“Roma”nın baş məşqçisi Joze Mourinyo “Real”ın “sükanı arxasına” keçməyə namizədlər siyahısındadır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, İspaniya klubunun rəhbərliyi komandanın hazırkı baş məşqçisi Karlo Ançelotti ilə müqaviləsi başa çatdıqdan sonra, Mourinyonu 2024-cü ilin yayında dəvət etmək variantını nəzərdən keçirir.
60 yaşlı portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə “Real”a rəhbərlik edib. O, kluba İspaniya çempionatında, İspaniya kubokunda və superkubokda qələbə qazandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin