Mourinyo: Addım-addım PSJ-yə doğru
“Roma”nın çalışdırıcısı Joze Mourinyo karyerasını PSJ-də davam etdirməyə yaxındır.
Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, “Roma” rəhbərliyi PSJ ilə görüşdən yayınmağa cəhd göstərir. Bu məqam portuqaliyalı mütəxəssisi əsəbiləşdirir.
Öncədən Mourinyo ilə Paris klubu arasında danışıqların son mərhələdə olduğu bildirilirdi.
60 yaşlı baş məşqçi 2021-ci ilin iyulundan “canavarlar”ı çalışdırır. Onun komandası Avropa Liqasının finalında “Sevilya” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin