Mourinyo prokurorluqda ifadə verəcək
İtaliya Futbol Federasiyasının prokurorluğu “Roma”nın çalışdırıcısı Joze Mourinyo ilə “Kremoneze” ilə oyunda (1:2) dördüncü hakim Marko Serra arasında yaranmış münaqişə ilə bağlı araşdırmalara başlayıb.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, oyunun ikinci hissəsinin əvvəlində toxunma xəttində qısa bir toqquşmadan sonra Mourinyo qırmızı vərəqə alıb. Daha sonra baş verənlərə münasibət bildirən portuqaliyalı çalışdırıcı Serranın turinli, “Roma”nın isə növbəti oyununun “Yuventus”a qarşı olmasına eyham vurub. O, həmçinin hakimin nalayiq ifadələr işlətdiyini qeyd edib.
Mourinyonun bu açıqlaması diqqətdən yayınmayıb və federasiya araşdırmaya başlamaq qərarına gəlib. Prokurorluqda tezliklə Mourinyo və Marko Serranın ifadələri dinləniləcək.
Bizi Facebook-da izləyin