Mourinyo Premyer Liqaya qayıda bilər

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun İngiltərə Premyer Liqasına mümkün qayıdışı ilə bağlı söz-söhbətlər yayılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı milyarder Dan Fridkin “Everton”u satın aldıqdan sonra Mourinyo hazırkı baş məşqçi Şon Dayçın yerinə namizəd olacaq.

Mourinyo daha əvvəl İngiltərədə “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb.

“Fənərbaxça” Türkiyə çempionatının turnir cədvəlində “Qalatasaray”dan 3 xal geri qalaraq, hazırda ikinci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button