Mourinyo öz şərabını istifadəyə verib – Qiyməti 120 avro!

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo özünün “The Special One” adlı şərab brendinin istifadəyə verildiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı öz şərabını təqdim etməkdən qürur duyduğunu bildirib:

“Bütün səylərdə dəqiqliyi, keyfiyyəti və mükəmməlliyi qiymətləndirən biri kimi mən öz şərabımı təqdim etməkdən qürur duyuram – “Xüsusi”. O, Portuqaliyanın sevimli bölgəsində hazırlanmış və əl ilə seçilmişdir”.

Qırmızı şərab üçün qablaşdırma unikaldır: Mourinyonun siluetini əks etdirən etiketli qutu. Bir şüşə qırmızı şərabın qiyməti 120 avrodur.

Mourinyonun komandası 19 turun nəticəsinə əsasən Türkiyə çempionatının turnir cədvəlində 2-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button